Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Əsgər Abdullayev 1963-cü il iyul ayının 26-da Babək rayonunun Nehrəm kəndində anadan olub. Əsgər Abdullayev 1980-ci ildə orta təhsilini Nehrəm kəndindəki məktəbdə, ali təhsilini isə Kiyev İnşaat Mühəndisləri İnstitutunda alıb. 1996-2006-cı illər ərzində Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsi və İdarə rəisi vəzifələrində çalışıb. 2006-cı il iyunun 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Əsgər Abdullayev eyni zamanda sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qudasıdır. Əsgər Abdullayevin qızı Günay ilə Heydər Əsədovun oğlu Vaqif evildirlər. Heydər Əsədovun digər qudası isə sabiq nəqliyyat naziri Ziya Məmmədovdur. Əsədovun qızı Fəridə Ziya Məmmədovun oğlu Anar ilə evlidir.
Onu da bildirək ki, Əsgər Abdullayevin qızı Günay ilə Heydər Əsədovun oğlu Vaqif Türkiyədə “VAGU turizm sanayi ve ticaret limited” adlı şirkət təsis ediblər. Şirkətin adı da Vaqif və Günayın baş hərflərindın götürülüb.
Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.