Müsəlmanların ilk qibləsi

 21-04-2022

Qüds müsəlmanlar və İslam üçün xüsusi əhəmiyyət daşıyır. Fələstin elə bir yerdir ki, orada müsəlmanların ilk qibləsi, İslamın ikinci məscidi, üçüncü şərafətli hərəm (Məkkə və Mədinədən sonra) yerləşir. Həzrət Əlinin (ə) buyurduğuna əsasən bu torpaqda dünyada cənnətin dörd qəsrindən (Kəbə evi, Peyğəmbər məscidi (s), Beytul-müqəddəs və Küfə məscidi) biri yerləşir.

Bu şəhər hər üç İbrahimi dində, yəni yəhudilik, xristianlıq və İslam dinlərində mühüm əhəmiyyətə malikdir və müqəddəsdir. Həmçinin bu şəhər qabaqkı ümmətlərin qibləsi də olmuşdur.

Peyğəmbərliyin ilk 13 ilində - Rəsuli-Əkrəmin (s) Məkkədə yaşadığı dövrdə - həmçinin Mədinəyə köçdükdən 17 aya qədər sonra da o Həzrət və müsəlmanlar Məscidul-əqsaya tərəf namaz qılırdılar.

Məscidul-əqsa başqa bir cəhətdən də müsəlmanlar üçün əhəmiyyətlidir. Çünki Allah-təala əziz Peyğəmbərimizi (s) meraca yüksəltdikdə Məscidul-həramdan Məscidul-Əqsaya gətirmiş və oradan meraca aparmışdır.

iran1

Qurani-kərim bu barədə deyir: Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidül-həramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidül-Əqsaya (Beytül-müqəddəsə) aparan Allah pak və müqəddəsdir. (Əl-İsra, 1)

Ayədən göründüyü kimi, Allah burada Məscidul-Əqsanı ətrafını mübarək etdiyi torpaq kimi təqdim edir. Belə çıxır ki, Məscidul-Əqsa özü müqəddəs torpaq olmaqdan əlavə maddi və mənəvi cəhətdən də çox bərəkətli bir yerdir. Bu müqəddəs torpaq tarix boyu Allahın böyük peyğəmbərlərinin mərkəzi, tövhid və təkallahlıq nurunun mənbəyi olmuşdur.

Həzrət İmam Sadiqdən (ə) nəql olunmuşdur: “Məscidul-Əqsa İslamın mühüm məscidlərindəndir və orada ibadət etməyin böyük fəzilət və savabı vardır”.

Beytul-müqəddəsdə (Qüds şəhəri) Məscidul-Əqsa məscidindən başqa daha 36 məscid vardır ki, 29-u şəhərin içində, qalanları isə yeni salınmış məhəllələrdə və ya onun ətraflarında yerləşir. Qüdsdə İslamın böyük şəxsiyyətlərinin və peyğəmbər səhabələrinin məqbərələri və ziyarətgahları da mövcuddur.

Beytul-müqəddəsin müqəddəs məkan və İslam aləmi üçün xüsusi mərkəz olmasından əlavə, indiki dövrdə Fələstin torpağının diqqət mərkəzinə gəlməsi səbəblərindən biri də işğalçı sionistlər tərəfindən təcavüzə məruz qalmasıdır. Ona görə ki, Fələstinin işğalı heç vaxt sadə bir torpağın və ya ölkənin ilhaqı demək deyil, əksinə, İslam dünyasını məhv etmək və mədəniyyətinin yenidən yaranmasının qarşısını almaq üçün düz mərkəzində anti-islam rejiminin yaradılmasıdır.

iran2

İran islam inqilabından sonra ilk Ramazan ayında İslam inqilabının memarı Ayətullah Seyid Ruhullah Xomeyni (r.ə.) tərəfindən 1979-cu ilin avqust ayının 7-də, Ramazan ayının son cümə günü Qüds günü elan edildi. İmam Xomeyni bu barədə çıxışında demişdir:

«Mən uzun illər boyu İsrailin təhlükəsini xatırlatmışam. İsrail bu günlər hücumlarını şiddətləndirir, xüsusən Livanın cənubunda Fələstin xalqının məhvi üçün еv-еşiklərini dəfələrlə bombardman еdir. Mən dünya müsəlmanlarından istəyirəm ki, bu qəsbkarların və onların himayəçilərinin əlini kəsməkdən ötrü birləşsinlər. Bütün dünya müsəlmanlarından istəyirəm ki, Qədr günlərindən olan və Fələstin xalqının talеyini müəyyənləşdirə bilən orucluq ayının son cüməsini «Qüds» günü müəyyən еdib təntənəli mərasim kеçirməklə Fələstin xalqının qanuni hüquqlarının müdafiəsinə qalxmaqla bеynəlxalq birliklərini еlan еtsinlər. Mütəal Allahdan müsəlmanların küfr əhlinə qalib gəlmələrini diləyirəm».

Mərhum İmam başqa bir bəyanatında Fələstin və Qüds günü məsələsinə daha çox təkid edərək bildirmişdir:  "Qüds günü beynəlxalq bir gündür; yalnız Qüdsə aid gün deyil, zülmə məruz qalanların zalımlara qarşı mübarizəsi günüdür... Elə bir gündür ki, məzlumlar müstəkbirlər qarşısında silahlanmalı və onların burnunu yerə sürtməlidirlər...

Qüds günü İslam günüdür. İslam ölkələrində İslamı və onun qanunlarını diriltmə və icra günüdür. Elə bir gündür ki, bütün istikbarçı dövlətlərə xəbərdarlıq etməliyik və deməliyik: İslam daha sizin əsarətinizə keçməyəcək.

iran33

Qüds günü İslamın həyat günüdür. Müsəlmanlar oyanmalıdırlar və bilməlidirlər ki,  əllərindəki maddi və mənəvi güc-qüvvə ilə heç nədən qorxmamalıdırlar.

İslam Allahın dinidir və bütün sahələrdə inkişaf etməlidir. Qüds günü yalnız Fələstin günü deyil, İslam günüdür. İslam hakimiyyəti günüdür. Qüds günündə super dövlətlərə başa salmalıyıq ki, daha İslam ölkələrində ağalıq edə bilməzlər.

Mən Qüds gününü İslam günü və Rəsuli Əkrəm (s) günü hesab edirəm. Qüds günü o gündür ki, biz bütün güclərimizi toplamalı və müsəlmanları düşdükləri bu bəladan xilas etməliyik və bütün varlığımız və gücümüzlə düşmənlərin qarşısında durmalıyıq." (Nur Səhifəsi, c 5, səh 286)

İmam Xomeyni tərəfindən Beynəlxalq Qüds Gününün elanı və digər müsəlman ölkələrinə yayılması Fələstin məsələsini daxili və lokal girdabdan çıxarıb İslam dünyasının ən mühüm problemlərindən birinə çevirdi. Həmçinin İslam dünyasının beynəlxalq imperializmin və sionizmin məkrli planlarından agahlığına səbəb oldu.

Söz yox ki, İmam Xomeyninin Fələstin məsələsinə diqqəti ölkə daxilində də mühüm təsirlər qoydu. Belə ki, 50-70-ci illərdən sonra həmin ərazidə İslam aradan getməkdə idi və yalnız bu hadisədən sonra Fələstin məsələsi yenidən müasir İslam hərəkatının özəyinə çevrildi, yeni dəstək və onun enerjisi ilə İsrailə qarşı mübarizə başlandı. Yeni dəstəkdən sonra məqsəd yolunda cihad, şəhadət və fədakarlıq Fələstin İslam cihadının əsas prinsiplərinə çevrildi. Tanınmış ərəb şəxsiyyətlərindən biri demişdir: “İmam Xomeyni müsəlman ümmətinin birliyi üçün İslami oyanış hərəkatının lideri idi və İran Fələstin məsələsinə xüsusi diqqət yetirən tək ölkədir.”

İmam Xomeyni Allahın rəhmətinə qovuşduqdan sonra onun yolunun davamçısı və canişini olan Ayətullah Xamenei də Fələstin məsələsinə diqqət yetirərək buyurmuşdur: “Fələstin məsələsi İslami cəhətdən bütün müsəlmanlara, o cümlədən bizim üçün əsas və vacib məsələlərdəndir. Bütün İslam xalqları və ölkələri Fələstin problemini özlərinin birinci dərəcəli problemi hesab etməlidirlər. Fələstin torpağının hər bir qarışı müsəlmanların bir qarış evidir. Fələstində fələstinlilərin və müsəlmanların hakimiyyətindən başqa hər bir hakimiyyət qəsbkar və işğalçıdır...”

    Elə yeri gəlmişkən İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin “Beynəlxalq Qüds günü və Fələstin millətinin hüquqlarının müdafiəsi” konfransındakı çıxışından bir hissəni təqdim edirik:

 BUNDAN SONRA DA ALLAHIN KÖMƏYİ İLƏ QƏLƏBƏ ÇALACAQSINIZ!

Son əsrdə müsəlmanların oyanışının şahidiyik. Fələstinlilər isə bu barədə diqqət mərkəzindədirlər.

Fələstin torpaqlarının işğalından təxminən 70 il keçir. Məzlum Fələstin milləti çox əzab-əziyyətli günlər yaşamış və müxtəlif ağır sınaqları geridə qoymuşlar. Təsəvvür edin: hadisənin başlanğıcında arxasız bir millətin özünümüdafiəsi və ardıcıl məğlubiyyəti, didərginlik, qəriblik, evlərinin, yurd-yuvalarının viran edilməsi, doğmalarının öldürülməsi, kütləvi qırğınlar, beynəlxalq təşkilatlara üz tutmaq və əliboş geri qayıtmaq, siyasi oyunların qurbanına çevrilmək və qəsbkarların sülhsevər vasitəçi rolunu oynaması...

iran44

Həmin tarixi təcrübələrin nəticəsidir ki, rəşadətli və şücaətli Fələstin millətinin gənc nəsli azadlıqsevərlik və ayıq-sayıqlığın zirvəsinə yetişdi, bununla da müqəddəs azadlıq hərəkatı baş qaldırdı. Fələstinlilərin cihadında, ümumiyyətlə, İslami cihadların hamısında uğur və qələbənin rəmzi əqidədən dönməzlikdir.

Düşmən daim hiylə işlətmək, vəd vermək və hədə-qorxu gəlməklə mübariz insanları əqidə və hədəfindən döndərməyə çalışır. Əgər əqidə itsə və ya zəifləsə, İslam dünyası öz doğru istiqamətini itirəcək və düşmənin təyin etdiyi istiqamətdə hərəkət edəcəkdir. Nəticə isə göz qabağındadır. Əksər hallarda öz aramızda olan və millətimizin nümayəndələri sayılan bəzi insanlar nəinki bizə öz əqidəmizdən dönüb, düşmənin dediklərinə riayəti tövsiyə edir, hətta bunu siyasi taktika və ya tədbirlilik kimi qiymətləndirirlər! Onlar bu işdə hansı məqsədi güdürlər-güdsünlər - istər tamahkarlıq, istər xəyanət, istərsə də sadəlövhlük üzündən belə bir tövsiyə etsələr - əmin olsunlar ki, bu ilahi kəlam onlara şamil olacaqdır:

فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَنْ تُصِيبَنَا دَائِرَةٌ فَعَسَى اللَّهُ أَنْ يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِنْ عِنْدِهِ فَيُصْبِحُوا عَلَى مَا أَسَرُّوا فِي أَنْفُسِهِمْ نَادِمِينَ

“Ona görə də ürəklərində xəstəlik (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (İslamın məğlubiyyətindən) qorxuruq” - deyən görərsən. Amma ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar”. (“Maidə” surəsi, ayə 52)

Onlar düşmənə yardım etməklə heç bir mənfəət əldə etməyəcəklər. Amerika və Qərb dünyası hətta onlara itaət edənlərə, onlarla həmkarlıq və əməkdaşlıq edənlərə belə mərhəmət göstərmədiklərini dəfələrlə sübut etmişlər. Belə ki, həmkarlıq edənlərdən istifadə müddəti sona yetən kimi onları çox asanlıqla özlərindən kənarlaşdırmışlar.

Bəziləri düşmənin gücünü xatırlatmaqla haqq-ədalət uğrunda mübarizə aparanları qorxutmağa çalışırlar. Bu, çox aldadıcı bir oyundur. Düşüncəli insanın mübarizə apardığı düşmən həqiqətdə onun varlığını, mənliyini, heysiyyət və şərəfini nişan almışdır. Belə düşmənlə, sözsüz ki, mübarizə aparmaq lazımdır. Qarşıda yalnız iki yol var: ya mübarizədən başıucalıqla çıxmaq, ya da təslim olub mənliyi itirmək və zillətlə yaşamaq.

Fələstinin şücaətli və əzmkar millətinə müraciət edirəm:

“Siz öz səbriniz, yenilməzliyiniz və cihadınızla İslam dünyasının başını uca etdiniz və müsəlman millətlərinə örnək oldunuz. Bu böyük müsibət sizin belinizi bükmədi, əksinə, şəhidlərinizin pak qanı dözümünüzü daha da artırdı. Qəddar düşməniniz kütləvi soyqırımla, qanınızı tökmək və evinizi viran etməklə sizi məhv edə bilmədi və bu gün siz həmişəkindən daha güclüsünüz.

İndiyədək Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi və yüzlərlə belə ucaməqamlı şəhidləriniz, şəhadət yolunu seçən gəncləriniz düşmənə qələbə çalmışlar və bundan sonra da Allahın köməkliyi ilə qələbə çalacaqsınız.

İran İslam Respublikasının müsəlmanları, eləcə də bütün dünya müsəlmanları və azadlıqsevər insanlar sizin qəminizə şərikdirlər. Biz sizin şəhidlərinizi öz şəhidlərimizlə bərabər tutur, başınıza gətirilən müsibətləri, kədər və qəminizi öz qəmimiz hesab edirik. Sizin qələbəniz bizim qələbəmizdir!”

 

Seyid Müctəba Həsənzadə

Bənzər yazılar

0.24278998374939