Dmitri Medvedev İlham Əliyevi TƏBRİK EDİB

 23-12-2022

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Prezident.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına böyük şəxsi töhfənizi Rusiyada yüksək qiymətləndirir, sizi çoxşaxəli Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əminəm ki, dinamik surətdə dəyişən beynəlxalq şəraitdə Rusiya ilə Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti dost xalqlarımızın mənafeyi, Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin təmin edilməsi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

Bənzər yazılar

0.25543403625488