Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Azərbaycan-Ermənistan arasındakı normallaşma prosesini, habelə sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.
Bu barədə Hikmət Hacıyev “Twitter“ hesabında məlumat verib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.
2. Conveyed legitimate concerns of ???????? civil society protesting peacefully at intersection of Lachin-Khankandi road on illicit mineral deposit exploitation and ensuing ecological damages. Alleged claims of Armenia on "blockade" is groundless, futile attempt of black propaganda.
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 22, 2022