Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Nuranə Miriyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
15 yaşlı qızın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.