Yüzbəyovlar ailəsinin FACİƏSİ: "Uşaq intihar etdi, ata ögey ananı və özünü öldürdü"

 20-04-2022

Qusarda 40 yaşlı kişinin 38 yaşlı arvadını öldürüb daha sonra intihar etməsi hadisəsinin detalları məlum olub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, son aylarda rayonun Bədişqala kəndində yaşayan 1982-ci il təvəllüdlü Marat Yüzbəyovun ailəsində münaqişəli vəziyyət olub.

Belə ki, 4 ay əvvəl, yəni dekabrın 11-də Maratın birinci evliliyindən olan və onunla birlikdə yaşayan oğlu – 15 yaşlı Z.Yüzbəyov özünü həyətdə asaraq intihar edib. Bundan sonra onun ikinci həyat yoldaşı, 1984-cü il təvəllüdlü Sənubər Yüzbəyova ilə münasibətləri pisləşib. Marat Yüzbəyov oğlunun ölümündə onun ögey anasını günahlandırıb və ailədə vəziyyət daha da pisləşib. 

Ailə münaqişəsi zəminində ötən gün Marat Yüzbəyov Sənubər Yüzbəyovanı evdə bıçaqlayaraq qətlə yetirib, daha sonra isə intihar edərək öz həyatına da son qoyub.

Marat Yüzbəyov kənddə fərdi təsərrüfat sahibi kimi mal-qara saxlamaqla məşğul olub. Onun Sənubər Yüzbəyova ilə evliliyindən 2 azyaşlı övladı qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər yazılar

0.21295714378357