Vahid Hacıyev: “Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsində dəmiryolu işlərinin 40%-i tamamlanıb”

 18-12-2022

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmiryolu xətti üzrə işlərin 40 %-i, avtomobil yolunda isə 70 %-i tamamlanıb. Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.

“Report” xəbər verir ki, bu fikirləri Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək beş əsas inkişaf istiqaməti var:

“Kənd təsərrüfatı, mədən sənayesi nəqliyyat və logistika, turizm və yaşıl enerji var. Şərqi Zəngəzurun yenidən qurulması prosesində bizim kifayət qədər çətinliklərimiz olsa da, eyni zamanda böyük imkanlar da var idi. Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritet idi.

Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi olub. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir”.

Bənzər yazılar

0.19739079475403