Reperin ölümünə səbəb olan şəxs HƏBS OLUNDU

 19-04-2022

Reper Mak Millerin ölümünə səbəb olan, saxta dərman tədarükçüsü Rayan Maykl Rivis 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, satıcı saxta fentanil həblərini narkotik satıcısına payladığını etiraf edib və nəticədə onlar reperin əlinə qədər gəlib çatıb.

Xatırladaq ki, 2019-cu ilin əvvəlində cinayət işi ilə bağlı iki nəfər - Kemeron Ceyms Pettit və Stiven Uolter həbs olunub.

Qeyd edək ki, 26 yaşlı Miller 2018-ci ildə həddindən artıq doza qəbul etdiyi üçün dünyasını dəyişib. Tibbi ekspertizaya görə, spirt, kokain və fentanil birləşməsi onun ölümünə səbəb olub. Reper bir neçə il narkotik asılılığı ilə mübarizə aparsa da, amerikalı müğənni Ariano Qrandla ayrıldıqdan sonra vəziyyəti daha da pisləşib.

Bənzər yazılar

0.21579003334045