Qarabağdakı fəhlələr Şuşadakı aksiyaya CƏLB OLUNUR? - "Dedilər, biz də gəldik..." + VİDEO

 16-12-2022

Qarabağda çalışan fəhlələr Şuşadakı etiraz aksiyasına cəlb olunub.

Bu barədə Meydan TV-nin hadisə yerindən hazırladığı sujetdə deyilir.

Sujetdə jurnalistlə özünü “Azərenerji” ASC-nin əməkdaşı kimi təqdim edən şəxs arasında belə bir dialoq yaşanıb:

 - Harada işləyirsiniz?
 - “Azərenerji”də işləyirik.
 - Burada yaşayırsınız?
 - Hə, yaşayırıq.
 - Aksiyaya gəlmisiniz, tələbiniz, istəyiniz nədir?

 - Dedilər, biz də gəldik. Dedilər orada mitinq var, ona görə gəldik.

Xatırladaq ki, dekabrın 14-də Şuşa-Xankəndi yolunda çəkiliş aparmaq istəyən “Meydan TV”nin reportyorları Bakıya geri qaytarılıb. Məsələ ilə bağlı açıqlama verən DİN-in Mətbuat Xidmətindən bildirilib ki, jurnalistlər icazələri olmadığına görə geri qaytarılıblar, saxlanılanlar yoxdur.

Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiyanın dördüncü günü tamamlanmaqdadır və hazırda da davam edir.

Bənzər yazılar

0.14670395851135