Bakıda avtomobil 57 yaşlı QADINI VURUB

 16-12-2022

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, avtomobil yolu keçən 1965-ci il təvəllüdlü İsmayılova Lalə Mirzə qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.17787981033325