Səfirliyimiz Kiyevə nə vaxt qayıdacaq?

 19-04-2022

16 ölkənin diplomatik missiya yerinə yetirən diplomatları yenidən Ukraynadakı işlərini bərpa ediblər. Bu ölkələrə Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistan daxildir.

MillətinSəsi.info xəbər verir ki, baş verənlərin fonunda Azərbaycanın Ukraynadakı səfirliyinin taleyi də gündəmə gəlib.

Xatırladaq ki, martın 8-i diplomatlarımız Ukraynanın Lvov şəhərinə köçürülüb. Bundan 4 gün əvvəl isə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və diplomatların ailələri həmin ölkədən təxliyə edilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin də Kiyevə köçürülməsi məsələsi ilə bağlı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyin fəaliyyətinə daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır:

“Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz Kiyevdəki fəaliyyətinə geri dönəcək. Hazırda isə bildiyiniz kimi, səfirliyimiz Lvov şəhərində fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, martın 4-də Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova sosial şəbəkələrdə və mediada barəsində yayılan məlumatlarla bağlı bəyanat yayıb. “Səfir kimi mənə gəldikdə, siz bilirsiniz ki, mən yalnız səfir deyil, həm də qadınam. Ona görə də qadın diplomatların, o cümlədən səfirlik əməkdaşlarının ailə üzvlərinin təxliyəsi barədə qərar verildikdə, biz bu təxliyəni təşkil etdik”, - səfir bildirib.

Bənzər yazılar

0.20275497436523