"Tərtər işi"ndə işgəncələrlə öldürülən HƏRBÇİYƏ BƏRAƏT VERİLDİ

 19-04-2022

“Tərtər işi” ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğluna bəraət verilib.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, bu barədə onun anası Validə Əhmədova deyib.

V.Əhmədova bildirib ki, bu gün oğlu Elçin Quliyevə bəraət verilməsi ilə bağlı qərar ona təqdim olunub.

Qeyd edək ki, 28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Bildirilir ki, 2017-ci il may ayının 6-da 10 nəfər hərbçinin keçirdiyi sorğuda MAXE Quliyev ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.

O Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdi.

Bu il Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması ilə üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb.

Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində Elçin Quliyevlə bağlı qərarı ləğv edib.


Bənzər yazılar

0.20983600616455