Roza Xatunun ombasını TƏNQİD ETDİ: "Mənə oxşadır"

 18-04-2022

Müğənni Roza Zərgərli həmkarı Xatun Əliyevanın əməliyyatını tənqid edib.

Lent.az-ın məlumatına görə, ifaçı "MTV maqazin"ə bu sözləri açıqlayıb: 

"Özünüzə yaraşanı etdirin. Balaca çiyinə böyük sinə, ya da balaca ayağa o boyda omba lazım deyil. hamısı özünü mənə oxşadır. Xatuna yaraşmır. Ehtiyac yox idi. Çox abartıb. Bədənşəkilləndirmə başqadır, mən də liposaksiya etdirmişəm. Mənim bədən quruluşum belədir. Sümükdür, gedim 55 min avro verim yondurum? Nə qədər mənim bədən formam müzakirə olunur".

Xatun isə bədən quruluşunun Roza Zərgərliyə bənzədilməsinə belə münasibət bildirib:

"Müğənninin hər şeyindən danışılmalıdır. Mənə yazılan şərhlər çox ləzzətli idi. Bilməzdim ki, bu qədər maraqlıyam. İstədiyimiz vaxt gündəm ola bilərik. Hərdən bilmədən belə gündəm oluruq. Qadın müəyyən yaşdan sonra bədən quruluşuna diqqət etməlidir. Elə şeylər də var ki, pəhrizlə düzəlmir. Əməliyyat mütləqdir. Mən də kontur-plastika əməliyyatı keçirmişəm. Bu, sadəcə, idmana vaxtımın olmamağından irəli gəlib".

 

Bənzər yazılar

0.21124696731567