“Harri Potter”in müəllifi cinsi zorakılığa məruz qalan qadınlara YARDIM MƏRKƏZİ AÇILIB

 13-12-2022

Sehrbaz oğlan Harri Potter haqqında kitablar seriyasının müəllifi, britaniyalı yazıçı Coan Roulinq Şotlandiyanın Edinburq şəhərində cinsi zorakılığa məruz qalmış qadınlara yardım və dəstək mərkəzi açıb.

Mərkəz həyatının müəyyən dövründə cinsi zorakılığa məruz qalmış 16 və daha yuxarı yaşda olan qadınlar üçün nəzərdə tutulub.

“Cinsi zorakılığın qurbanı kimi, mən zərərçəkənlərin belə həssas bir zamanda qadın mərkəzli, qadınların rəhbərlik etdiyi yardıma müraciət edə bilməsinin nə qədər vacib olduğunu bilirəm”, - deyə yazıçı bildirib.

Onun sözlərinə görə, mərkəzdə cinsi zorakılığın qurbanları fərdi və qrup şəklində pulsuz peşəkar yardım ala bilərlər ki, bu da “daha ​​çox qadına travmanın öhdəsindən gəlməyə və ondan qurtulmağa imkan verəcək”.

Mənbə: forbes.ru

Bənzər yazılar

0.48010516166687