Dövlət Sərhəd Xidmətinin ƏSGƏRİ VƏFAT EDİB - VİDEO

 11-12-2022

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında dekabr ayının 10-da saat 16:55-də silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

 
Qeyd edək ki,  sosial şəbəkələrdə Beyləqan rayonun Şahsevən kəndinin sakini Əliyev Məhəmməd Məhərrəm oğlunun şəhid olduğu haqda məlumat və şəhidin dəfn mərasimindən kadrlar yayılıb.

Kadrlarda, dəfn mərasimində Dövlət Sərhəd Xidməti əməkdaşlarının da iştirak etdiyi görünür.
 


 

Bənzər yazılar

0.16365909576416