Günəşli günlər sizi gözləyir! – “Xəzər İnşaat”

 14-04-2022

Yeni Günəşli qəsəbəsinin "D” yaşayış massivində yerləşən "Günəşli Apartments” metronun "Əhmədli” və "Xalqlar Dostluğu”stansiyalarına 10 dəqiqəlik məsafədədir.

Dəniz panoraması – Yaşayış kompleksinin ən böyük üstünlüklərindən biri də binaların dəniz panoramalı olmasıdır. Onu da vurğulamaq lazımdır ki, Yeni Günəşli ərazisi həmçinin Günəşli yaylası kimi də tanınır və bu da ərazinin havasının olduqca təmiz olmasına gətirib çıxarır.

Böyükdən-kiçiyə hər kəsin istirahəti üçün nəzərdə tutulmuş çoxillik ağaclar və yaşıllıqdan ibarət geniş həyət sakinlərin asudə vaxtını daha xoş keçirə bilmələri üçün əvəzsizdir. Yaxınlıqda yerləşən məktəb, uşaq bağçası və uşaq əyləncə mərkəzləri isə övladlarınızın rahatlığının təminatçısıdır.

"Günəşli Apartments”in saymaqla bitməyən üstünlüklərindən biri də mənzillərin hər birinin tam təmirli və çıxarışlı şəkildə təhvil verilməsidir. Beləliklə, mənzil sahibi olduqdan sonra, təmirlə bağlı heç bir vaxt itkisi olmadan köçüb yaşaya bilirsiniz.

"Günəşli Apartments”dən dəniz panoramalı, tam təmirli mənzillərə sahib olmaq üçün tələsin!

Ətraflı: *6363 / 051 789 11 11

www.kristalabsheron.az

 

Bənzər yazılar

0.023838043212891