Türkiyəli general-polkovnik Zakir Həsənovun MÜŞAVİRİ OLUB

 10-12-2022

Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Bu barədə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumata istinad edir.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.

Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.

Bənzər yazılar

0.19791316986084