Bu ilin ilk 10 ayı ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 797,6 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 65,9%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Mərkəzi Bankdan açıqlanan məlumatlarda bildirilir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 526 milyon manat olub.
Ən çox sığorta haqqı toplayanların ilk beşliyini 64,9 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 51,7 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta”, 41,3 milyon manatllıq yığımla “Xalq Sığorta”, 19,5 milyon manatllıq yığımla “İpək Yolu Sığorta” şirkətləri tamamlayır.
Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 88,2%-i adları qeyd olunan 5 şirkətin – “Paşa”, “Qala”, “Atəşgah”, "Xalq" və "İpək Yolu" şirkətlərinin əlində cəmlənib. Bu ilin ilk 10 ayında 5 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 703,4 milyon manat olub.