10 ay ərzində Azərbaycana 406 milyon dollar gətirən 10 şəxs kimdir?

 01-12-2022

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 34,7 milyard dollar olub və bunun cəmi 6,9%-i və ya 2,4 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon dollar) birinci, pambıq (151,79 milyon dollar) ikinci, qızıl (143 milyon dollar) isə üçüncü olub.

Bu ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fiziki şəxslərin) və onların rəhbərlərinin ilk 10-luğu aşağıdakı kimi olub:

Şirkət Rəhbəri İxracın dəyəri
“MKT İstehsalat Kommersiya” MMC
(VÖEN- 9900008361)
Həsənov Rövşən 100,9 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi (VÖEN- 9900047801) Mohammad Reza 84,2 milyon dollar
“Baku Steel Company” QSC (VÖEN-1000062011) Kamal İbrahimov 36,3 milyon dollar
“Almeyvə” MMC
(VÖEN – 2006061571)
 
Rəşid Quliyev 33,9 milyon dollar
Elvin Şirinov Valeh
(VÖEN – 2700187092)
- 33,7 milyon dollar
“Rose Servis” MMC
(VÖEN – 1102518081)
Anar Şərəfxanov 33,7 milyon dollar
“Mors Trading” MMC
(VÖEN-1604639301)
Mehmet Savaş Uzan 31,8 milyon dollar
“P-Aqro” MMC
(VÖEN-1404226851)
Əlizadə Azər 29,1 milyon dollar
“STP Alüminium” MMC
(VÖEN- 2906014721)
Əliyev Fərhad 28,5 milyon dollar
“Azərbaycan Şəkər İstehsalatı Birliyi” MMC
(VÖEN-9900017941)
 
Ceyhun Salmanov 27,6 milyon dollar


A.Cəfərov

Bənzər yazılar

0.14601492881775