Türkiyədə 12 yaşlı qız sinif yoldaşını ÖLDÜRÜB: Əvvəl şlanqla döydü, sonra BIÇAQLAYIB

 30-11-2022

Türkiyənin Mersin vilayətində məktəblərin birində 12 yaşlı qız sinif yoldaşını qətlə yetirib.

Məktəbli qız imtahandan aşağı qiymət aldığı üçün sinif yoldaşının onu ələ saldığını iddia edib.

Dəhşətli hadisə saat bu gün 12 radələrində Hüseyn Okan Merzeci orta məktəbində baş verib.

Məktəbli qız onunla eyni sinifdə oxuyan digər qız şagirdə mesaj yazıb və onu məktəbin ayaqyoluna çağırıb.

Sinif yoldaşını əvvəlcə şlanqla döyüb, daha sonra evdən gətirdiyi bıçaqla onun boğaz və qarın nahiyəsinə ağır xəsarətlər yetirib. Sonra isə qaçıb.

Digər şagirdlər bu barədə məktəb rəhbərliyinə xəbər veriblər. Hadisə yerinə polis və tibbi yardım qrupu gəlib. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan yaralı məktəblinin həyatını, həkimlərin bütün səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Saxlanılaraq polis bölməsinə aparılan digər məktəbli qız imtahandan pis qiymət aldığı üçün sinif yoldaşının ona lağ etdiyini, qətli də bu səbəbdən törətdiyini bildirib.

Mənbə: Haber Global 

Bənzər yazılar

0.22625494003296