Polis Elza Seyidcahanın maşınını ƏLİNDƏN ALIB

 30-11-2022

Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb.

Müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib.

O bildirib ki, vaxtında cəriməni ödəmədiyi üçün maşını hələ də cərimə meydançasındadır:

“Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik”.

Qeyd edək ki, Elza Seyidcahan mətbuata açıqlamasında bildirib ki, onun 5 min manata yaxın cəriməsi var və maddi səbəblərə görə ödəyə bilmir.

Bənzər yazılar

0.46448802947998