Billi Ayliş qardaşı ilə birlikdə həyəcanverici layihələrindən DANIŞIB

 30-11-2022

Məşhur ifaçı Billi Ayliş qardaşı Finneas Okonnel ilə birlikdə yeni albom üzərində işləyir.

Bu barədə o, “Vanity Fair” jurnalına verdiyi müsahibədə xəbər verib.

“Biz tez-tez görüşürük, indi isə yenidən musiqi yazmağa başlamışıq. Albom hazırlayırıq. Bu, həqiqətən də həyəcanvericidir”, - deyə ifaçı hisslərini bölüşüb.

Qeyd edək ki, Ayliş yaxın gələcəkdə şahzadə Uilyamın “Earthshot” mükafat təqdimetmə mərasimində çıxış etməyi planlaşdırır. Müğənni həmçinin ABŞ-da bir neçə solo konsertinin olacağını da elan edib.

Amerikalı müğənni, bəstəkar, musiqiçi, prodüser və aktyor Finneas bir sıra solo singl buraxıb, bacısı Billi Ayliş də daxil olmaqla digər sənətçilər üçün musiqi yazır. Okonnell aktyor kimi “Glee” (“Xor”) serialında “Alister” rolu ilə tanınır. O, həmçinin “Amerikalı ailə” (“Modern Family”) və “Dolça” (“Aquarius”) seriallarında iştirak edib.

Bənzər yazılar

0.4578869342804