İsrail və ABŞ orduları İrana zərbələri MƏŞQ EDƏCƏKLƏR

 30-11-2022

İsrail Müdafiə Qüvvələri (IDF) və ABŞ ordusu İrana zərbələr endirmək üçün bir sıra hava təlimləri keçirəcək.

Bu barədə İsrail hərbi idarəsi bəyanat yayıb.

Məlumata görə, təlimlərin keçirilməsi ilə bağlı razılıq ötən həftə İDF rəhbəri Aviv Koçavinin Vaşinqtona səfərindən sonra əldə olunub.

İlk manevrlər çərşənbə axşamı, noyabrın 29-da İsrail ərazisi və Aralıq dənizi üzərində baş tutmalıdır. Təlimlərdə İsrail və Amerika Hərbi Hava Qüvvələrinə məxsus qırıcı və tankerlər iştirak edəcək. Onlar digər məsələlərlə yanaşı, “regional təhlükələr qarşısında” bir sıra ssenarilər hazırlamalıdırlar.

Mənbə: mk.ru

Bənzər yazılar

0.40801692008972