Çində DÇ-nin yayımı zamanı azarkeşlərin maskasız olduğu görüntülər KƏSİLİR

 30-11-2022

Çində koronavirusla bağlı məhdudiyyətlərə qarşı etirazlar səngimək bilmir.

Pekində, Şanxayda, Quançjouda və digər şəhərlərdə insanlar maska ​​taxmağa etiraz edərkən, Çin televiziyası həmvətənlərini qəzəbləndirməmək üçün dünya çempionatının yayımına senzura tətbiq edib. Belə ki, oyunların yayımı zamanı maskasız azarkeşlərin yer aldığı tribunaların görüntüləri kəsilir.

Bunun üçün Çin televiziyası canlı yayımı 30 saniyə gecikmə ilə efirə verir. Bu müddət ərzində efir redaktorları “arzuolunmaz kadrları” kəsir və digərlərilə, hətta bir il öncəki oyunlardan olan epizodlarla əvəz edirlər.

Qeyd edək ki, Çində dünya çempionatının yayımını Çin Mərkəzi Televiziyası (CCTV) həyata keçirir.

 

Mənbə: mk.ru

Bənzər yazılar

0.23525500297546