Bakının “Kubinka” adlanan məhəlləsində baş verən YANĞIN MƏHDUDLAŞDIRILIB - VİDEO

 29-11-2022

Bakının “Kubinka” adlanan məhəlləsində güclü yanğın başlayıb.

Milletinsesi.info-ın məlumatına görə, yanğınla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb ki, Bakıda fərdi evdə yanğın məhdudlaşdırılıb.

Qeyd edilib ki, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Həyata keçirilmiş tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.4754810333252