Qvinet Peltrou 18 yaşlı qızı ilə fotosunu PAYLAŞIB

 29-11-2022

Amerikalı aktrisa, iş qadını və yazıçı Qvinet Peltrou böyük qızı Epl ilə fotokamera qarşısına keçib. O, şəkli sosial şəbəkədə paylaşıb.

50 yaşlı Peltrou övladı kollecə daxil olduqdan sonra ilk dəfə onunla fotosunu yayımlayıb. İki ay əvvəl 18 yaşlı Epl ailə evini tərk edərək tədrisə başlayıb. Ötən həftəsonu aktrisa bir neçə gününü birlikdə keçirmək üçün qızına baş çəkməyə gəlib.

Aktrisa qızının kollecə getməsindən çox narahat olub. Hollivud ulduzu etiraf edib ki, övladından ayrıldıqdan sonra göz yaşlarına boğulub.

Peltrounun sözlərinə görə, o, indi 18 yaşlı qızının yoxluğuna alışır. Onu daha tez-tez ziyarət etməyə və həftə sonlarını onunla keçirməyə çalışır.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.26330995559692