"Barselona"nın prezidenti Joan Laporta "Borussiya"nın (Dortmund) futbolçusu Erling Haalandla danışıqlar apardılqarı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qol.az xəbər verir ki, o, goal.com-a açıqlamasında bu məlumatları təkzib edib:
“Mən Haalandla bağlı hər hansı danışıqların olduğunu inkar edə bilərəm. Görüşlər, söhbətlər olmadı. Heç bir danışıq aparmamışıq. Xavi və Haaland arasında Münhendə baş tutan görüşünə gəlincə , bu, mənim işim deyil. Amma düşünürəm ki, iki idmançı futbol haqqında danışa bilər. Bizim edəcəyimiz ilk iş onun klubu olan Dortmund "Borussiya"sı ilə əlaqə saxlamaq olacaq".