Filmin çəkiliş meydançasında EVLİLİK TƏKLİFİ: Duyğulu ANLAR – VİDEO

 27-11-2022

Türkiyənin Balıkəsir şəhərində filmin rejissoru çəkiliş meydançasında nişanlısına sürpriz evlilik təklifi edib.

Həyəcan dolu anlar “Huzur Evim Ketum” filminin çəkiliş meydançasında baş verib.

Belə ki, rejissor Emre Bozkurt filmin baş rolunda yer alan Rüya Yürütenə evlilik təklifi edib.

Öz növbəsində çəkiliş meydançasında olan digər aktyorlar və texniki işçilər rejissorun bu addımını alqışlarla qarşılayıblar.

Mənbə: İHA

Bənzər yazılar

0.41706800460815