Kiyevdən qaçan səfirin oğlu TÜRKİYƏDƏ KEF EDİR

 13-04-2022

Həbib Axundov Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir...

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib fərariliyinə haqq qazandırmağa çalışdı. O gündən sosial şəbəkələrdə adı önünə “fərari səfir” epiteti əlavə olundu. 

“Mən arzumu ortaya qoydum, səfir göndərdilər”, “diplomatik işdən bixəbərəm”, “diplomatlar sabunlanmış kadrlardır” kimi fikirlərin müəllifi olan Elmira Axundovanın hər çıxışı komediya filmləri üçün “qanadlı” frazalarla zəngin olur. 

Qabisha.jpg (35 KB)

Hər kəs bilir ki, Elmira Axundovanın Ukraynadan “diplomatik” qaçışından sonra onun işini bu ölkədəki diasporumuzun cəsur üzvləri və Moldovadakı səfirimiz Qüdsi Osmanov öz üzərinə götürərək şərəflə həyata keçirməkdədir. Qüdsi Osmanovun Türkiyəyə göndərdiyi Ukraynadakı vətəndaşlarımızın ardınca, bu ölkəyə gəlməsi, hava limanından Ukrayna qaçqınları olan soydaşlarımızı vətənə yola salması da diqqətlərdən yayınmayıb.

Qüdsi Osmanov.jpg (77 KB)

Ukraynadan qaçqın düşən soydaşlarımız üçün bu çətin günlərdə Qüdsi Osmanov vəzifə borcuna sadiqlik, Vətənə, vətəndaşa xidmətin nümunəsini ortaya qoydu. Elmira Axundova isə Bakıda oturub Türkiyədə istirahət planları qurur. Qüdsi Osmanov Ukraynadan qaçqın düşən azərbaycanlıları Türkiyə üzərindən Bakıya yola salanda Elmira Axundova hava limanından Türkiyəyə oğlu Həbib Axundovu yola salıb.

Qabib sulu ad.jpg (188 KB)

Diplomatiyadan bixəbərliyini gizlətməyən Elmira Axundovanın oğlu birbaşa Türkiyənin Maldiv adaları hesab olunan Suluadaya yollanıb.  Onu istirahətə yola salan anasını Həbib Axundov çox da intizarda qoymayıb. Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir. Həbib Axundovun yaxta sevgisi də profilindəki fotolardan boylanır. Onun bu bahalı hobbisi model Günel Mirzəyevanın həyatı bahasına başa gəlməsi də yaddaşlardan silinməyib. 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizə aparmışdı və dənizin ortasında sulara qərq olmuşdu. Dalğıclar modelin meyitini aşkarlamaq üçün 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...

Sulayan adan.jpg (32 KB)

Ölümündən xeyli əvvəl ərindən boşanmış, hamilə olması ilə bağlı məlumatlar olan Günel Mirzəyevanın suya özünün təsadüfən yıxılması da bu gün inandırıcı görünmür. Çünki bu sirli ölümdən sonra o zaman deputat olan Elmira Axundova çıxıb dedi ki, bəs oğlum Həbib üzgüçüdür, orada olsaydı, gənc qızın batmasına imkan verməzdi. Oğlunun yaxtasının varlığını da cidd-cəhdlə təkzib etməyə çalışdı. Sonradan FHN-dən modelin suya atıldığı və ya yıxıldığı yaxtanın Həbib Axundova məxsusluğunu təsdiqləyən məlumatlar ortaya çıxdı.

Dəhşətli ölüm işi ilə bağlı Elmira Axundovanın oğluna suallar » NUH  informasiya agentliyi

Məlum oldu ki, anasının üzgüçü oğlu Həbib Axundov da Günel Mirzəyeva suda çabalayıb kömək istəyərkən orada olub. Onun yaxtasında dənizə çıxıb dərin sularda dəniz sularına qərq olarkən imdad diləyən qıza Həbib Axundov nədənsə yardım əlini uzatmayıb. Ən qəribəsi isə bu iş üzrə Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işinin tez-bazar bağlanması oldu. Sabunçu prokuroru cinayət işinin bağlanmasını “əsaslandıran” qərarında yazırdı ki, Günel Mirzəyeva dənizdə çimərkən boğulub. Sanki prokuror  Günel Mirzəyevanın Həbib Axundovun yaxtasında dənizin dərinliklərinə aparılmasından bixəbər idi. Bir də ki, dənizin dərinliklərində çimmirlər. Hamam vannası deyil axı. Dənizin dərinliklərində üzürlər. Diplomatiyadan bixəbər diplomat varsa, istintaq işindən xəbərsiz prokuror niyə olmasın ki?

Qabib sulu ad 1.jpg (59 KB)

Həbib Axundovun 8 milyonluq dələduzluq işi də bir başqa mövzudur. Hansında ki, anası Elmira Axundova da onunla bərabər əsas rollarda olublar. Elə bu dələduzluq işindən sonra Həbib Axundovun bir-birindən bahalı maşınları, anasının bir-birindən bahalı villaları, 5 mərtəbə biznes mərkəzi, şəhərin mərkəzində bir-birindən bahalı, dəyəri milyona çatan evləri peyda olmağa başladı.

Sulu səfir.jpg (93 KB)

O günlərdə Elmira Axundova deputat idi və sözünün əvvəlində də, axırında da Ramiz Mehdiyevin adını çəkib. Oğlunun qurduğu, özünün məsləhətçi rolunda olduğu 8 milyonluq işdə zərərçəkənlərə təzyiq göstərilməsinə xidmət edən məktubları da məhz Ramiz Mehdiyevin adına yazır, surətini də hüquq-mühafizə orqanlarına göndərirdi.

Sonradan 1 milyon qarşılığında səfir göndərilməsi iddiası ortaya çıxanda da Ramiz Mehdiyevin bu alverin başında dayandığı haqda xəbərlər vardı... 

Mənbə musavat.com

Bənzər yazılar

0.28226780891418