Elman Rüstəmovun iş adamı olan xalası oğlu saxlanıldı

 13-04-2022

Ötən gün Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılan Elman Rüstəmovun xalası oğlu Talıb Quliyev saxlanılıb.

MillətinSəsi.info Unikal.org-a istinadla xəbər verir ki, T.Quliyev barəsində olan qanunsuz əməllərinə görə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, Talıb Quliyev Elman Rüstəmova məxsus olan “Planet” şadlıq sarayına rəhbərlik edirdi. Onu da bildirək ki, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun adı mediada daha çox bibisi oğlu Talıb Quliyevlə birgə hallanıb.

Belə ki, Elman Rüstəmov “ Karvan-K” şirkəti “Planet” şadlıq sarayının mülkiyyətçisidir və şadlıq sarayı baş bankirə məxsusdur. Hətta deyilənə görə, PLANET-in baş hərfləri Elman Rüstəmovun yaxınlarının ismi-şərifidir.

Talıb Quliyev təkcə restoran biznesi ilə məşğul olmur. O, həm də neçə illərdir ki, Azərsu-nun ən bahalı tenderlərini udur. Sözün həqiqi mənasında udur.

Belə ki, Talıb Quliyevin Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır.

Əlbəttə, Talıb  Quliyev kimdir ki, bu boyda tenderləri uda bilsin. Bu şəraiti yaradan Talıbın dayısı oğlu Elman Rüstəmovdur. Konkret olaraq Elman Rüstəmov dövlət qurumlarına təzyiq edərək tender müsabiqəsini bibisi oğlunun xeyrinə həll edir. Əlbəttə, havayı yox. Qazanılan milyonlar qohumlar arasında bölünür.

Təsadüfi deyil ki, Talıb Quliyev qazandığı milyonlar hesabına Nizami rayonu ərazisindəki 2 mərtəbəli evləri satın alaraq göydələnlər tikdirir. Hətta binalardan biri yolun ortasında, Planetin yanında tikilib.

Talıb Quliyevin əməlləri bununla bitmir. Bir müddət əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara alıb, hətta özünə villa da tikdirib.

Talıb Quliyevdə başqa oliqarxlar kimi bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır.

 

Bənzər yazılar

0.40663909912109