Rusiyadan Avropa Parlamentinə “qanlı” çəkic GÖNDƏRİLİB - VİDEO

 24-11-2022

Rusiyalı iş adamı və “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Avropa Parlamentinə skripka qutusunda “qanlı” ağır çəkic göndərib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Bildirilir ki, Priqojin Avropa Parlamentinin Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımasına belə reaksiya verib.

“Avropa Parlamentinin hansı qanunu rəhbər tutduğunu bilmirəm, amma bizim qanunvericiliyimizə əsasən, bu gündən Avropa Parlamentinin buraxıldığını elan edirik. Bu prosedur qanuni qüvvəyə minməmişdən əvvəl mənə tapşırılıb ki, Avropa Parlamentinə informasiya keysi təqdim edim”, - deyə o bildirib.

Ağır çəkicin üzərindəki qan izlərinin saxta olduğu vurğulanıb.

Qeyd edək ki, Avropa Parlamenti səs çoxluğu ilə Rusiya Federasiyasının terrorizmə sponsorluq edən dövlət kimi tanınması barədə qəbul edib. Səsvermə çərşənbə günü, noyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar iclası zamanı baş tutub.

 

Mənbə: Korrespondent.net

Bənzər yazılar

0.40548205375671