İcra başçısı kənd sakinlərinin örüş yerində sünü göl yaradıb? - ŞOK İDDİA + VİDEO

 24-11-2022

Göyçay rayonu, Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən saytımızın elektron poçtuna şikayət məktubu daxil olub.

Şikayətçi iddia edir ki, 2007-ci il tarixdən 2015-ci il tarixə kimi Göyçay rayon icra başçısı vəzifəsində işləyən Mənsur Məmmədov Çərəkə kəndində bələdiyəyə məxsus ümumi istifadədə olan örüş təyinatlı torpaq sahəsini qanunsuz qazdıraraq, sünü göl yaradıb:

“20 hektar torpaq sahəsini əhatə edən həmin göldə balıq yetişdirilərək satışa çıxarılır. Hazırda Ucarda icra başçısı vəzifəsində olan Mənsur Məmmədovun gözü heç cür doymaq bilmir”.

Rəvan Mustafayevin sözlərinə görə, həmin balıq gölü Göyçayla Ucarın kəsişdiyi ərazidə, Çərəkə kəndinə məxsus örüş torpağında yaradıldığı üçün kənd sakinləri heyvanlarını otarmağa yer tapmırlar:

“Kənddə adi bir insan 2-3 sot torpağı zəbt edərsə, tez onun barəsində cinayət işi başlanılır məsuliyyətə cəlb edilir, ancaq icra başçısı Mənsur Məmmədova buna görə “gözün-üstə qaşın var” deyən yoxdur. Hətta gölə kənd sakinlərinin əkin suyu axıdıldığı üçün sakinlər tez-tez su qıtlığı ilə üzləşirlər.

Mənur Məmmədovun qazdırdığı göl qurunt suyu yaratdığı üçün 2-3 klometr radiusda olan torpaq sahəsi şoranlaşaraq yararsız olmuşdur. Bir nəfər icra başçısının tamahına görə minlərlə insan əziyyət çəkməli olur.


Onu da qeyd edim ki, belə neqativ hallar barədə şikayət veriləndən sonra Ucar rayon İcra Hakimiyyəti tərəfindən əsassız cavab verilərək,  Mənsur Məmmədovun cinayət əməllərinin üstü ört-basdır edilir. Guya, onun bundan xəbəri yoxdur, bunların ona heç bir aidiyyatı yoxdur. Ancaq Göyçay və Ucarda uşaqdan böyüyə kimi hamı bilir ki, həmin balıq gölü şəxsən Mənsur Məmmədova məxsusdur.

Örüş yerinin qazılaraq süni göl yaradılması cinayət əməli hesab edilir. Bunu isə icra başçısı etdiyi üçün məsuliyyət daha da ağırlaşır. Mənsur Məmmədovun bu əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə və torpaqdan qanunsuz istifadə cinayətinin tərkibi var. Dövlət qrumları insanlara bəla gətirən, gözü doymaq bilməyən Mənsur Məmmədov barəsində ciddi araşdırma aparıb, onu məsuliyyətə cəlb etməlidir.

Yuxarı oraqnlardan xahiş edirəm, bu cinayət faktı yerində, bizim iştirakımızla obyektiv araşdırılıb, vəzifəsindən sui-istifadə edərək, örüş torpağında sünü göl yaradan icra başçısı Mənsur Məmmədovun barəsində qanuni və ciddi tədbirlər görülsün”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AZƏR MƏTİN
MillətinSəsi.İnfo

Bənzər yazılar

0.44091796875