DTX-nin Naxçıvan Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı Vasif Talıbovun YEZNƏSİ SAXLANILIB? - VİDEO

 23-11-2022

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində araşdırmalara başlayıblar.

Bakudays.com xəbər verir ki, hazırda NMR Gömrük Komitəsinin bəzi əməkdaşları Komitə binasında saxlanılaraq DTX müstəntiqləri tərəfindən dindirilirlər. Binada axtarışlar aparılır.

Bundan başqa, Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. 

DTX-nin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat zamanı saxlanılanların olduğu bildirilir. 

Məsələ ilə bağlı manset.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzovdan açıqlama alıb. 

O, açıqlamasında komitədə əməliyyat keçirildiyini inkar etməyib:

“Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub olmadığı ilə bağlı məlumatım yoxdur”.

Qeyd edək ki, Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun yeznəsidir. 

Bənzər yazılar

0.48643207550049