Ukraynada rusların tərəfində döyüşən daha bir erməni öldürülüb

 11-04-2022

Ukraynada Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən erməni əsgər öldürülüb.

“KrılyaTV” saytının məlumatına görə, 22 yaşlı Georgi Eprikyan hərbi xidmət keçən rusiyalı əsgər olub. O, əslən Şimali Osetiyanın Mozdok rayonunun Novo-Georgiyevskoye kəndindəndir.

“KrılyaTV” saytı Ukraynadakı müharibədə Şimali Osetiyadan olan 45 hərbçinin öldüyünü qeyd edib.

Ukrayna Erməniləri İttifaqının sədr müavini David Mkrtçyan Ukrayna hadisələri nəticəsində ölənlər arasında 15 erməninin olduğunu bildirib. Bunlardan 10-u mülki,  5-i isə hərbçidir.

Müharibədən əvvəl Ukraynadakı ermənilərin sayı 350 min nəfərə çatırdı ki, bunun da 50 mini Kiyevdə yaşayırdı. Mkrtçyan qeyd edib ki, nə qədər erməninin Ukraynanı tərk etməsi barədə məlumatı yoxdur, lakin o, ən azı yarısının olduğunu güman edir.

Mənbə Modern.az

Bənzər yazılar

0.20973896980286