Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.
Milletinsesi.info-ın məlumatına görə, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,25 ABŞ dolları, yaxud 3,49% azalaraq 89,85 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.