Salvador prezidentindən əhalinin rəyi əleyhinə qərar: Hər günə bir bitkoin - FOTO

 18-11-2022

Salvador sabahdan etibarən hər gün bir bitkoin almağa başlayacaq.

Bu barədə respublikanın lideri Nayib Bukele özünün “Twitter” hesabında bildirib.

“Bitcoin Treasuries” saytının məlumatlarına görə, Salvadorun sərəncamında artıq 2,38 min bitkoin var (“Binance” kriptovalyuta birjasına görə, bir bitkoin 16 570 dollar (təqribən 28 169) dəyərindədir).

Mərkəzi Amerika Universitetinin (UCA) oktyabrın ikinci yarısında dərc etdiyi hesabata əsasən, salvadorluların 77,1%-i Prezident Bukelenin dövlət pulu ilə bitkoin almağa davam etməsini istəmir.

Xatırladaq ki, iyun ayında Salvadorun Qanunvericilik Assambleyası bitkoinin ölkənin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verən qanunu təsdiqləyib.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.14145112037659