Çilidə meymunçiçəyindən ilk ölüm QEYDƏ ALINIB

 17-11-2022

Çilinin Səhiyyə Nazirliyi çərşənbə günü ölkədə meymunçiçəyindən ilk ölüm faktını təsdiqləyib.

Məlumata görə, ölən sentyabrın 29-da xəstəlik diaqnozu qoyulan yaşlı kişidir.

Səhiyyə Nazirliyindən bildirilib ki, mərhumun xroniki xəstəlikləri olub və immuniteti zəifləyib.

Qeyd edək ki, bu günə qədər Çilidə 1200-dən çox meymunçiçəyinə yoluxma hadisəsi müəyyən edilib. Oktyabr ayında ölkədə risk qruplarında bu xəstəliyə qarşı peyvəndlənməyə başlanılıb.

Mənbə: TASS

Bənzər yazılar

0.1469349861145