“Thotiana” mahnısının müəllifi, məşhur reper və bəstəkar “Bluface” (əsl adı - Conatan Porter) adam öldürməyə cəhdə görə həbs edilib.
Bu barədə Las-Veqas polisi xəbər yayıb.
Bildirilir ki, 25 yaşlı amerikalı ifaçı oktyabrın 8-də baş verən insidentdən sonra həbsdədir. Məlumata görə, o, adam öldürməyə cəhd, tapançadan atəş açmaq, qanunsuz silah saxlamaq və dövlət qeydiyyatı olmayan nəqliyyat vasitəsini idarə etməkdə ittiham olunur.
Sosial şəbəkələrdə reperin həbsinin görüntüləri yayılıb. Kadrlarda ifaçının sevgilisi ilə yanaşı oturaraq telefona baxdıqları görünür. Bu zaman mülki geyimdə olan polis qəfildən onu tutur və yerə yıxır.
Mənbə: TMZ