İqtisadiyyat naziri Mikayıl Cabbarov özünə yeni müşavir təyin edib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə "unikal" məlumat yayıb. Bildirilib ki, nazirin əmri ilə, müşavir vəzifəsinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sabiq sədri Əsgər Ələkbərov təyinat alıb.
Qeyd edək ki, o, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.