Türkiyəli məşhur aktyor Nurəddin Uçar dünən İstanbulun İstiqlal küçəsində baş verən partlayışda qızını və keçmiş həyat yoldaşını itirib.
Uçar qızının fotosunu sosial şəbəkə hesabında paylaşıb:
“Qəbrin nurla dolsun, məkanın cənnət olsun, qızım”.
Aktyor qızının fotosunu sosial şəbəkədə profil şəklinə çevirib.
Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Mənbə: Haberler. com