Şəhid ailələri və müharibə əlillərinin NƏZƏRİNƏ: Ödənişsiz kurslar təşkil edilir

 02-03-2022

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində müharibə şəhidlərinin ailə üzvləri və əlilləri üçün yeni fürsətlər yaradılıb.

Fonddan verilən məlumata görə, sözügedən şəxslər “Peşəkar idarəçilik”, “Praktiki satış”, “SMM”, “Marketinq” və “Korporativ satış” sahəsində ödənişsiz kurslara cəlb ediləcək.

Müraciət edənlər arasında seçim müvafiq müəssisə tərəfindən təşkil edilən müsahibə əsasında aparılacaq. Kurslar Bakı şəhərində təşkil olunacaq.

Namizədlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bənzər yazılar

0.40012979507446