“Azəriqaz”ın 1000-dən çox əməkdaşı cəzalandırılıb

 08-04-2022

Ruslan Əliyev: “Yanvar-mart ayları üzrə qaz itkisi 2,2 faiz azalıb”

 

“2022-ci ilin yanvar-mart ayları üzrə qaz itkisi 7,6 faiz olub. Bu göstərici ötən ilin müvafiq rübü ilə müqayisədə 2,2 faiz azalıb”. MillətinSəsi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda məlumat verib.

O bildirib ki, cari ilin mart ayı ərzində isə 9 faiz qaz itkisi qeydə alınıb: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz aşağıdır. 2022-ci ilin yanvar-mart ayları üzrə 1022 intizam tənbehi verilib. Onlardan 265-i mühəndis texniki işçilərə, 757-si isə fəhlə heyətinə verilib”.

O bildirib ki, intizam tənbehlərindən 624-ü töhmət, 302 əməkdaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib: “91 əməkdaşa əməkhaqqının dördə bir məbləğində cərimə tətbiq edilib. 5 əməkdaş isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci bəndinin C bəndi ilə işdən azad edilib”.

R.Əliyev onu da qeyd edib ki, cari ilin mart ayı ərzində isə 318 intizam tənbehinin verilib: “Onlardan 78-i mühəndis texniki işçilərə, 240-ı isə fəhlə heyətinə verilib. 211 töhmət, 83-ü sonuncu xəbərdarlıqla şiddətli töhmət, 22-si aylıq əməkhaqqının dördə bir məbləğində tutulma, 2-si isə əmək məcəlləsinin müvafiq bəndinə əsasən işdən azad edilib. Yanvar-mart aylarında 14 min 738 yeni abonent qeydə alınıb”.

O bildirib ki, onlardan 14 002-si əhali üzrə, 736 yeni abonent isə qeyri-əhali üzrə qeydiyyata alınıb: “Cari ilin mart ayında isə 3646 yeni abonent qeydiyyata alınıb. Onlardan 3 488-i əhali, 158 abonent isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb.

2022-ci ilin yanvar-mart aylarında ümumi abonentlərin 80 faizi (1 milyon 970 min abonent) təbii qazdan aşağı tariflə (1200 kubmetrdən aşağı) istifadə edib. Ancaq 20 faiz (487 min) abonent isə 1200 kubmetr limitini keçib. Bu gün 2 milyon 419 min 192 qaz sayğacı mövcuddur. Onların 63 faizini mexaniki tipli sayğaclar, 37 faizini (9 min) isə öncədən ödənişli tipli sayğaclar təşkil edir”, - deyə R.Əliyev əlavə edib.

“Azəriqaz” İB-nin sədri Ruslan Əliyev onu da bildirib ki, bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə inventarlaşma aparmamışıq. O bildirib ki, bununla bağlı hər hansı dəqiq rəqəm deyə bilməz:

“Hələ ki, biz orada heç bir texniki iş görmürük. O ərazidə yerləşən abonentlər də “Azəriqaz” İB-nin abonentləri deyil. Amma o ərazidə dəfələrlə olmuşuq. Sizə deyim ki, bu gün orada erməni mətbuatının dediyinin ondabiri qədər əhali yaşamır”.

 

 

Bənzər yazılar

0.2147011756897