Kürdəmirin rayon ərazisinə yaxın olan Atakişili kəndinin sakinləri uzun illərdir kanalizsiya və yolsuzluq sarıdan əziyyət çəkir.
Onların sözlərinə görə, qışda palçıqdan, yayda toz-torpaq və kanalizasiya xətlərinin üstü açıq olduğundan üfunət qoxusundan küçədə hərəkət etmək olmur.
Sakinlər deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.
Məsələ ilə bağlı Atakişili kənd bələdiyyəsindən bildirilib ki, ötən il bir neçə kənd sakininin vəsaiti ilə həmin küçəyə çınqıl daş döşənib və küçədə gediş-gəliş nisbətən düzəlib. Amma adıçəkilən küçənin asfaltlanması və kanalizasiya probleminin həlli onların imkanları daxilində deyil.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: