Prezident Dövlət Təhlükəsizlik Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verib

 05-04-2022

Öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti hərbi qeydiyyat qaydalarının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.

MillətinSəsi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 606.2.3-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir. Çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə isə əlli manat məbləğində cərimə edilir.

Bundan başqa, Xarici Kəşfiyyat Xidməti öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə toplanışları keçməkdən azad etmək barəsində qərar verəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Xarici Kəşfiyyat Xidməti tərəfindən öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilər üçün toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılacaq.

Bənzər yazılar

0.27582120895386