Azərbaycanda 61 nəfər COVID-19-a yoluxub, bir nəfər ÖLÜB

 16-10-2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 822 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, hazırda 439 aktiv xəstə var. Bu günə qədər 9 932 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 332, bu günə qədər isə ümumilikdə 7 289 143 test icra olunub.

Bənzər yazılar

0.47361397743225