“Barselona” bu futbolçu ilə müqaviləni UZATDI

 08-02-2026

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Milletinsesi.info xəbər verir ki, La Liqa nəhəngi Xuan Ernandesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İspaniya U-19 millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Xuan Ernandes 2020-ci ilin yayında "Barselona"nın akademiyasına qoşulub. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi hazırda Kataloniya təmsilçisinin B komandasında çıxış edir.

Bənzər yazılar

0.092773914337158