Azərbaycanda bəzi məhbusların işləməsinə şərait yaradılması TƏKLİF OLUNUR

 11-10-2022

“Keçmişdə islah əmək düşərgələrində iş yerləri vardı, indi bu sahədə vəziyyət necədir bilmirəm”.

“Report” xəbə verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Yüngül cinayətlərə görə insanların həbs edilməsi onların həm ailələrini dolandırmaq, həm də vətəndaşlara vurduğu ziyanı ödəmək yollarını bağlayır. Avropa İttifaqı ölkələrində belə bir təcrübə var ki, yüngül cinayət törətmiş şəxslər həftənin 5 günü işləyir, şənbə-bazar günləri isə gedib həbsxanada otururlar”, - deyə o qeyd edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev isə deyib ki, Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür.

Deputat bildirib ki, fiziki şəxslərə münasibətdə də belə müddəa var: “Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Burada da bununla bağlı müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. “Media haqqında” qanuna da biz bu müddəanı salmışıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir”.

Bənzər yazılar

0.1983859539032