>

3 illik fasilədən sonra Bolqarıstan “Avroviziya”ya onu göndərir

 01-02-2026

Üç il fasilədən sonra “Avroviziya”ya qayıdan Bolqarıstan təmsilçisini açıqlayıb.

Milletinsesi.info xəbər verir ki, 8 ifaçının yer aldığı müsabiqədə DARA qalib olub. Münsiflər heyəti ilə tamaşaçıların birgə səsverməsi əsasında ən çox səs DARA-ya verilib.

DARA Bolqarıstanda ən tanınmış pop ifaçılarından biridir.
 

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub.


"Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

Bənzər yazılar

0.070564031600952