UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ayntraxt” matçında ciddi problem yaranıb.
Milletinsesi.info xəbər verir ki, matçın VAR sistemində problem baş verib.
Görüşün 7-ci dəqiqəsində baş hakim isveçrəli Sandro Şerer oyunda qısa fasilə zamanı VAR-ın işləmədiyinə dair komandanın kapitanlarına xəbərdarlıq edib.
Bu isə o deməkdir ki, VAR işləmədiyi müddətdə mümkün mübahisəli qol və qayda pozuntularını dəqiq videotəkrarla yoxlamaq mümkün olmayacaq.
Çempionlar Liqası üçün yad olan bu problemin hansı səbəbdən yarandığı barədə hələlik məlumat yoxdur.
































