>

SON DƏQİQƏ: İran diplomatı İsveçrədən sığınacaq istədi

 18-01-2026

İranda artan siyasi etirazlar fonunda BMT-nin Cenevrədəki Avropa qərargahında çalışan yüksək vəzifəli iranlı diplomat vəzifəsindən istefa verib və İsveçrədən sığınacaq istəyib.

Milletinsesi.info xəbər verir ki, bu informasiyanı diplomatik mənbələr “Iran International” telekanalına verib.

Məlumata görə, Əlirza Ceyrani Hökmbabad İslam Respublikasının Cenevrədəki BMT Avropa Qərargahındakı baş diplomatı və bir neçə beynəlxalq təşkilatda daimi nümayəndəsinin müavini kimi çalışıb.

O, ailəsi ilə birlikdə İsveçrə hakimiyyətindən sığınacaq üçün müraciət edib.

Diplomatın qərarı İrana qayıtmaq qorxusu, inqilabi şəraitdə mümkün nəticələr və İslam Respublikasının çöküşü ehtimalı səbəbindən verilib.

Bənzər yazılar

0.081166982650757